Şolz Putinlə telefonla danışmaq istədiyini bildirib


Şolz Putinlə telefon danışığı etmək niyyətində olduğunu açıqlayıb.


Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamaq istədiyini və tezliklə onunla telefon danışığı aparmaq niyyətində olduğunu bildirib. Siyasətçi bu barədə Feniks telekanalının yayımladığı Almaniya Protestant Kilsələrinin 38-ci Konqresində məlumat verib.

Siyasətçi qeyd edib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlamazdan əvvəl və onun gedişində Rusiya prezidenti ilə söhbəti olub. "Və bunu uzun müddət etməsəm də, yaxın gələcəkdə bunu yenidən etmək niyyətindəyəm", - kansler vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu