Almaniya kansleri: "Putinlə telefon danışıqlarımız o qədər də nəzakətli keçmir"


Almaniya kansleri Olaf Şolz Almaniya mətbuatına açıqlamasında “Putinlə yenidən telefonla danışacağam, çünki bir-birimizlə danışmalıyıq” deyib.


AFN.az xəbər verir ki, o, Putinlə yenidən telefonla danışacağını bildirib: "Çünki biz danışmalıyıq. Artıq yüz minlərlə insanın həyatına son qoyan bu müharibəni dayandırmaq və qoşunları Ukraynadan çıxarmaq Putinin əlindədir".
Şolz, Putinlə telefon danışıqlarının "üslub baxımından çox da nəzakətli olmadığını" və söhbətlərinin daha çox taxıl daşınması, məhbus mübadiləsi və atom elektrik stansiyasının təhlükəsizliyi ilə bağlı olduğunu bildirib. Bu danışıqların davam etdirilməsinin məcburi olduğunu bildirən Almaniya kansleri "Danışıqların əsas mövzusu mənim üçün vacibdir: Dünya bu dəhşətli vəziyyətdən necə çıxacaq? Bunun ilkin şərti bəllidir: Rusiya qoşunlarını geri çəkməlidir" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu