Zaxarova Şolzun Putinlə danışmaq istəyini ələ salıb


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova Şolzun Putinlə danışmaq istəyini ələ salıb.


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya kansleri Olaf Şolzun Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı istəməsini şərh edib.

AFN.az xəbər verir ki, o, fikirlərini Telegram-da paylaşıb.

"Şolz Şimal axınını kimin partlatdığını söyləməyə hazırdırmı?" Zaxarova istehza ilə soruşub.

Bundan əvvəl Şolz Rusiya prezidenti ilə əlaqə saxlamaq istədiyini və tezliklə onunla telefon danışığı aparmaq niyyətində olduğunu bildirib. Siyasətçi qeyd edib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlamazdan əvvəl və onun gedişində Putinlə söhbəti olub. "Və bunu uzun müddət etməsəm də, yaxın gələcəkdə bunu yenidən etmək niyyətindəyəm", - kansler vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu