Şolz: Almaniyada yəhudilərə hücum edən hər kəs bizim hamımıza hücum edir


"Almaniyada yəhudilərə hücum edən hər kəs bizim hamımıza hücum edir".


AFN.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

O, "Mannheimer Morgen" qəzetinə verdiyi açıqlamada Almaniyadakı insanları antisemitizm hadisələri qarşısında yəhudiləri qorumağa çağıraraq, "Hamımız Almaniyadakı yəhudilərin müdafiəsi üçün ayağa qalxmalıyıq, bu, həm də vətəndaş cəsarəti məsələsidir” - deyib.

Almaniyadakı yəhudi qurumlarının qorunduğuna diqqət çəkən Şolz qeyd edib ki, Almaniya antisemitizmi qəbul etməyəcək: "Çox açıq qanunlarımız var. İsrail bayraqlarını yandırmaq cinayətdir. Günahsız insanların ölümünü alqışlamaq cinayətdir".

Kansler "Hüquq-mühafizə orqanlarının bu cür cinayətləri cəzalandırmaq vəzifəsi var" - deyə vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu