Avropada ifrat sağçı partiyaların güclənməsi ilə anti-İslam hücumları da artır
Almaniyada müsəlman qurumlarına və məscidlərinə hücumlar artmaqdadır. Cinayəti törədənlərin üzə çıxarılmasının sürəti olduqca aşağıdır.
Federal Daxili İşlər Nazirliyinin TRT Almaniya Nümayəndəliyinə verdiyi açıqlamada müsəlmanlara qarşı cinayətlərin yalnız yüzdə 42-si üzə çıxarıldığını bildirib.
Xüsusilə Almaniya, Avstriya və Hollandiyadakı son anketlərdə ifrat sağçı partiyaların 25 faizdən çox səs topladığı görünür.
Almaniya Federal Daxili İşlər Nazirliyinin sözçüsü Britta Beylage-Haarmann TRT Almaniya nümayəndəsinə verdiyi açıqlamada ölkə daxilində müsəlmanlara qarşı zorakılıqların 87 faizinin sağçı ekstremistlər tərəfindən törədildiyini bildirib.
Zorakılıq cinayətlərinin 80 faizinin fiziki xəsarətlə bağlı olduğuna diqqət çəkən nazirlik sözçüsü onların demək olar ki, hamısının sağ ekstremistlər tərəfindən törədildiyinə diqqət çəkib.
Kriminal Polis Departamentinin 2022-ci ildə bildirdiyi İslam əleyhinə 610 cinayətdən yalnız 338-i üstü açılıb.
Almaniyanın Federal Daxili İşlər Naziri Nensi Faser müsəlmanlara qarşı cinayətlərin rəsmi rəqəmlərdən qat-qat çox olduğunu bildirib.
Mənbə: TRT Haber