Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb

Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb.
Bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyası açıqlama yayıb.
Qeyd olunub ki, “Cümhur İttifaqı"ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.
“Millət İttifaqı"ndan prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.