İtkin düşən 84 yaşlı həkimin meyiti tapıldı


Qusarda bir neçə gün əvvəl itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb.


Aprelin 26-dan itkin kimi axtarılan Qusar şəhər sakini Arif Uluxan oğlu Uluxanovun meyiti yaşadığı evin yaxınlığından keçən arxda aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Bildirilir ki, vəfat edən şəxs əvvəllər uzun müddət həkim kimi fəaliyyət göstərib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu