İtkin düşən şəxsin meyiti zirzəmidə tapıldı


Qaradağ rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb.

AFN.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 7-si saat 10 radələrində 1977-ci il təvəllüdlü Lökbatan sakini Asəf Şirinovun meyiti yaşadığı evin zirzəmisində aşkarlanıb.

Onun aprelin 27-dən itkin düşmüş şəxs kimi axtarıldığı bildirilib.

İlkin baxış zamanı meyit üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu