“Ayntraxt” Bakıda məşq və mətbuat konfransı keçirməyəcək


“Ayntraxt” Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Qarabağ”la matçdan öncə Bakıda açıq məşq və mətbuat konfransı təşkil etməyəcək.

Bu barədə “Qarabağ”ın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Frankfurt təmsilçisinin mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Almaniyada keçiriləcək.

Qeyd edək ki, yanvarın 21-i Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” - “Ayntraxt” görüşü saat 21:45-də başlayacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu