XİN: Azərbaycan dost Əfqanıstanla həmrəydir


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstana başsağlığı verib.



AFN-in məlumatına görə, bu barədə XİN-in "Twitter"də səhifəsində bildirilib.

“Kabil Universitetinə edilən silahlı hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, Əfqanıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan dost Əfqanıstanla həmrəydir”, - deyə qeyd olunub.

Xatırladaq ki, noyabrın 2-də Kabil Universitetinin Hüquq fakültəsinin yerləşdiyi binaya silahlı şəxslər hücum edib. Hücum nəticəsində 19 nəfər həlak olub, 22 nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu