"Apple Card" kredit kartı bağlana bilər
Apple öz kredit kartına xidmət göstərməyi dayandırmaq niyyətindədir.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Qəzetin mənbələri məlum olub ki, Amerika İT nəhəngi tərəfdaşı, maliyyə konqlomeratı Goldman Sachs-a əməkdaşlığı dayandırmaq təklifi göndərib. Hər iki korporasiya Apple Card-ı buraxır və ona xidmət göstərir, əlaqələr bitərsə, bu kart ləğv edilə bilər.
İnsayderlər bildiriblər ki, Apple Goldman Sachs-a yaxın 12-15 ay ərzində müqaviləni ləğv etməyi təklif edib. Bu qərarın səbəbləri açıqlanmır.
Qeyd edək ki, "Apple Card" yalnız ABŞ-da mövcuddur.
Materialda deyilir ki, Apple öz kartı üçün yeni emitent seçə bilər. Əvvəllər bildirilmişdi ki, Goldman Sachs-ın rolunu American Express üzərinə götürə bilər. Bildirilib ki, Synchrony Financial həmçinin Apple Card-ı buraxa bilər.