Yeni Apple Watch ABŞ-da satışını dayandırdı
Apple şirkəti ABŞ-da yeni nəsil ağıllı saatların satışını tamamilə dayandırıb.
Bu barədə 9to5Mac məlumat yayıb.
Apple saatları dekabrın ortalarında məlum olan ABŞ Beynəlxalq Ticarət Komissiyasının (USITC) qadağasından sonra satışdan çıxarılıb.
Dekabrın 21-də Apple Watch Series 9 və Apple Watch Ultra 2 Apple saytından, dekabrın 26-da isə ABŞ-dakı mağazalarından satışdan çıxarılıb.
USITC-nin qərarına əsasən, korporasiya qanın oksigenlə doyma səviyyəsini təyin etmək üçün sensor yaratarkən başqalarının patentlərindən istifadə edib. Bu xüsusiyyət markanın payızda buraxılan saatlarında istifadə olunur. 9to5Mac jurnalistləri araşdırıblar ki, ABŞ prezidenti Co Bayden dekabrın 25-dən əvvəl USITC qərarına veto qoya bilərdi, lakin açıq-aydın bunu etməyib.
Apple onlayn mağazasının səhifələrində yeni saatın müvəqqəti olaraq alınmaması qeyd edilib. Jurnalistlər bildiriblər ki, Apple Watch 9 əvəzinə şirkət qanda oksigen səviyyəsini təyin etmək funksiyasına malik olmayan Apple Watch SE-nin aktiv şəkildə reklamına başlayıb.
9to5Mac müəllifləri ilə söhbətdə İT nəhənginin nümayəndələri bildiriblər ki, ağıllı saatları satışa qaytarmaq üçün mümkün olan hər şeyi edirlər.