"Apple" "iPhone" istifadəçilərinə təzminat ödəyəcək


“Apple” brend reklamdan zərər çəkmiş istifadəçilərə təzminat ödəməyə razılaşıb.



Bu barədə Popular Science məlumat yayıb.

"Apple" "Family Sharing" reklamı ilə bağlı hüquqi mübahisəni həll edib. Müqavilə çərçivəsində şirkət təsirə məruz qalan istifadəçilərə 30 dollardan 50 dollara qədər təzminat ödəyəcək. İT nəhəngi hüquqi xərcləri də ödəmək öhdəliyini üzərinə götürüb.

İddia 2019-cu ildə qaldırılıb. Orada istifadəçilər "Apple"ın "Family Sharing" reklamı ilə onları aldatdığını iddia ediblər. Bu funksiya istifadəçilərə "Apple" və digər şirkətlərin xidmətlərinə abunəliklərini yaxınları arasında paylaşmağa imkan verir. Bununla belə, bütün üçüncü tərəf xidmətləri abunəliklərinin bu şəkildə bölünməsinə icazə verməyib, şirkət bunu reklam materiallarında qeyd etməyib.

Nəticədə korporasiya günahını etiraf etməsə də, təzminat ödəməyə razılaşıbvə 21 iyun 2015-ci ildən 2019-cu il yanvarın 30-dək "Family Sharing" funksiyasından istifadə etmiş "Apple" avadanlığının sahibləri ödəniş tələb edə bilərlər. Kompensasiya üçün ərizə 1 mart 2024-cü il tarixinədək təqdim edilməlidir.

Qeyd edək ki, 2022-ci ilin noyabrın sonunda "Apple" problemli klaviatura ilə MacBook sahiblərinə təzminat ödəməyə razı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu