Fələstin prezidenti bir il ərzində ümumi seçkilər keçirməyə hazır olduğunu deyib


Fələstin prezidenti Mahmud Abbas bir il ərzində bütün Fələstin ərazilərində ümumi seçkilər keçirməyə hazır olduğunu açıqlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Misirin yeni inzibati paytaxtında keçirilən Ərəb Dövlətləri Liqasının (LAS) fövqəladə sammitinin açılışında bildirib.

"Biz təsdiq etmək istərdik ki, şərait imkan verərsə, bir il ərzində həm prezident, həm də parlament seçkilərini keçirməyə tam hazırıq", - deyə Mahmud Abbas bildirib.

Ərəb Liqasının fövqəladə sammitinin yayımı ilə bağlı məlumatı Misir prezidenti Əbdülfəttah əs-Sisinin ofisi yayıb. Fələstin prezidenti qeyd edib ki, o, təkcə İordan çayının qərb sahili və Şərqi Qüdsdə deyil, Qəzza zolağında da seçkilərin keçirilməsini nəzərdə tutur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu