Fələstin prezidenti Rusiyaya səfər edəcək
Fələstin prezidenti Mahmud Abbas planlarını dəyişməyib və avqustun 12-də Rusiyaya səfər edəcək.
Bu barədə TASS-a Fələstin səfirliyindən, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən və Fələstin-İsrail münaqişəsinin daha da kəskinləşməsindən sonra prezidentin iş qrafikinə mümkün düzəlişləri şərh edərkən bildirilib.
Diplomatik nümayəndəlik Abbasın Rusiyaya səfər proqramının artıq razılaşdırıldığını qeyd edib.
TASS-ın məlumatına görə, Fələstin prezidentinin səfəri iki gün davam edəcək və Rusiya lideri Vladimir Putinlə görüş gözlənilir.