Ukrayna-Rusiya danışıqları bu gün baş tutacaq?


Ukrayna və Rusiya arasında münaqişənin nizamlanması üzrə danışıqların bu gün baş tutması ehtimalı olduqca azdır.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “İnterfax”a adı açıqlanmayan mənbə bildirib.

“Ukrayna tərəfi hələ ki danışıqlara hazır olmasına dair müsbət cavab verməyib. Aydındır ki, logistika baxımından onların Belarusa gəlmələri üçün əlavə vaxta ehtiyac olacaq. Bu gün danışıqların baş tutması ehtimalı çox azdır”, - deyə mənbə qeyd edib.

Mənbə bildirib ki, Ukrayna tərəfi bu gün və ya sabah müsbət cavab verərsə, danışıqlar həftənin sonu baş tuta bilər.

“Sputnik Belarus” isə məlumat yayıb ki, Ukrayna nümayəndə heyəti hələlik danışıqların aparılacağı məkana gəlməyib.

Qeyd edək ki, fevralın 28-i Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusun Qomel şəhərində danışıqlar aparıblar.

Ukraynanı görüşdə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil edib.

Rusiya nümayəndə heyətinin tərkibinə isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov daxil olub.

Ötən gün danışıqların ikinci mərhələsinin martın 2-si keçiriləcəyi barədə məlumat yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu