Quterreş: BMT ABŞ-ın Ukrayna üzrə sülh planından xəbərdar deyil


BMT Baş katibi Antonio Quterreş bildirib ki, ABŞ tərəfindən irəli sürülən Ukrayna üzrə sülh planı barədə məlumatı yoxdur.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə keçirdiyi mətbuat konfransında danışıb: “Ukrayna üzrə sülh planının nədən ibarət olduğunu bilmirik. Mətbuatdan bilirəm ki, Rusiya hələ heç bir sülh planı almayıb. Hələlik yalnız mətbuatda gedən yazılardan danışırıq. ABŞ və ya digər tərəfdən rəsmi təqdimat olmayıb. BMT üçün hər hansı sülh planının kriteriyaları BMT Nizamnaməsi, beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən olunur”.

Baş katib kriteriyalar arasında territorial bütövlüyə hörməti xüsusi vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu