Zelenski BMT baş katibinə sülh formulunu dəstəklədiyinə görə təşəkkür edib


Ukrayna prezidenti Vladimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşə sülh formulu ilə bağlı sammiti dəstəklədiyinə görə təşəkkür edib.


Ukrayna prezidentinin bəyanatı onun Telegram-kanalında dərc olunub.

Telefon danışığı zamanı Zelenski və Quterreş BMT-nin İsveçrədə keçiriləcək sülh formulu sammitində iştirak etmək qərarını müzakirə ediblər. Ukrayna liderinin sözlərinə görə, onun təşəbbüsünün bütün bəndləri təşkilatın nizamnaməsinin müddəalarına və qətnamələrinə əsaslanır.

"Buna görə də BMT-nin iştirakı qlobal səylər üçün vacibdir", - deyə Ukrayna prezidenti bildirib. O, həmçinin əlavə edib ki, Quterreşə dəstəyə görə təşəkkür edib.

Bundan əvvəl BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik təşkilatın Ukrayna üzrə sülh konfransında iştirak edəcəyini açıqlamışdı. O əlavə edib ki, qurumun hansı səviyyədə təmsil olunacağı daha sonra açıqlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu