Zelenskidən Çin açıqlaması


Ukrayna rəsmi olaraq Çini sülh formulunun həyata keçirilməsində iştirak etməyə dəvət edib.


AFN.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib. O qeyd edib ki, sülhə nail olmaq üçün Ukrayna formulu diplomatik kanallar vasitəsilə Çinə ötürülüb. "Ukrayna dialoqa dəvət edir və cavab gözləyir" - deyə Zelenski vurğulayıb.

Kiyevdə Yaponiyanın baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransında danışan Zelenski daha sonra qeyd edib: "Atəşkəs fenomen kimi heç kimə yaraşmır, çünki biz onunla uzun müddət yaşamışıq. Minsk razılaşmalarımız var idi. Bu, sadəcə olaraq münaqişənin dondurulmasıdır ki, Rusiya hazırlaşsın və yenidən öz arzusu ilə qayıtsın. Onların arzusu bizim dövlətimizi işğal etməkdir. Bu, qlobal və əsaslı şəkildə həll edilməlidir. Fundamental qərarlara gəlincə, biz dünyaya öz sülh düsturumuzu təklif etdik və bu, Çinlə münasibətlərə də aiddir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu