Zelenski Roma Papası ilə görüşüb


Ukrayna prezidenti Vladimir Zelenski Vatikanda Roma Papası Fransisklə görüşüb.


AFN.az xəbər verir ki, u barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, pontifikin Ukrayna lideri ilə görüşü təxminən bir saata yaxın çəkib. Roma Papası Zelenski ilə podrak mübadiləsi aparıb. Fransisk sülh budağı heykəlini, Ukrayna Prezidenti isə boşqabda çəkilmiş Məryəm ana şəklini bir-birinə hədiyyə edib. Eyni zamanda, onların söhbətinin təfərrüatları açıqlanmır.

Ukrayna prezidenti 2022-ci ilin fevralında ölkədə münaqişənin eskalasiyası başlayandan bəri ilk dəfə Roma Papası ilə görüşüb.

Bundan əvvəl İtaliyanın baş naziri Corc Meloni ilə görüşdən sonra Romada keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Qərb tərəfdaşlarının köməkliyilə ölkədə tez bir zamanda sülhün bərqərar olacağını bildirib. Zelenski Qərbin sülhü mümkün qədər tez bərpa etmək istəyini etiraf edib.

Vladimir Zelenskinin ölkə rəhbərliyi və Roma Papası ilə görüşmək üçün İtaliyaya gəlişi mayın 13-dən daha əvvəl məlum olub. Ukrayna lideri Romada prezident Sercio Mattarella və baş nazir Corc Meloni ilə görüşüb, bundan sonra Fransisklə görüş təyin olundu. Eyni zamanda qeyd edilir ki, ola bilsin, Zelenski Romada gecələyəcək, mayın 14-də isə Berlinə gedəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu