Roma Papası Azərbaycan və Ermənistana çağırış edib
Roma Papası Fransisk bu gün qoşunların təmas xəttində baş verənlərlə əlaqədar olaraq Azərbaycan və Ermənistana çağırış edib.
APA-nın xəbərinə görə, Roma Papası baş verənləri narahatlıqla izlədiyini bildirib.
Münaqişə tərəflərini dialoqa çağıran Roma Papası Qafqazda sülhün bərqərar olması üçün dua etdiyini də vurğulayıb.