Zelenski Qlobal Sülh Formulu Sammitinin çağırılmasını təklif edib


Ukrayna prezidenti Zelenski G7 liderlərinə sülh üçün vacib olan addımlardan danışıb.


AFN.az Lenta.ru-ya istinadən məlumat verir ki, Ukrayna prezidenti G7 ölkələrinin liderlərinə müraciəti zamanı ölkəyə sülh gətirəcək üç addımdan bəhs edib. Zelenski bildirib ki, ilk addım Kiyevi müasir tanklar, artilleriya, mərmilər, həmçinin daha çox raket artilleriyası və daha uzun mənzilli raketlərlə təmin etməkdir: ”İkinci addım 2023-cü ildə Ukraynada maliyyə, enerji və sosial sabitliyin əldə edilməsinə dəstək vermək, xüsusən də Ukraynanın enerji sektorunun etibarlı müdafiəsini təmin etməkdir. Üçüncü addım Ukrayna Prezidentinin daha əvvəl təklif etdiyi sülh formulunun həyata keçirilməsi, həmçinin “Ukrayna sülh formulu”nun bəndlərinin necə və nə vaxt həyata keçiriləcəyinə qərar vermək üçün Qlobal Sülh Formulu Sammitinin çağırılmasıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu