Makron: Avropa qoşunları yaxın vaxtlarda Ukraynaya göndərilməyəcək

Avropa qoşunları yaxın vaxtlarda Ukraynaya göndərilməyəcək.
AFN.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Le Figaro” qəzetinə müsahibəsində deyib.
"Yaxın həftələrdə Ukrayna ərazisində heç bir avropalı əsgər olmayacaq", - deyə Makron bildirib. O vurğulayıb ki, hərbi personalı göndərməzdən əvvəl etibarlı atəşkəsi təmin etmək və çoxhəftəlik danışıqlar aparmaq lazımdır.
"Biz sülh istəyirik, lakin bunu nə bahasına olursa-olsun və heç bir zəmanət olmadan istəmirik", - Makron əlavə edib.
O, həmçinin qeyd edib ki, Aİ ölkələri müdafiə xərclərini ÜDM-in 3%-3,5%-ə qədər artırmalıdır. Həmçinin xatırladıb ki, Paris hazırda ÜDM-nin təxminən 2%-ni bu məqsədlərə xərcləyir. Makronun sözlərinə görə, ilk mərhələdə bu sahəyə ümumi investisiya ən azı 200 milyard avro tələb edə bilər.