Makron İsrailə Livana hücumlarla bağlı xəbərdarlıq edib


Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasında çıxışı zamanı İsraili Livanda hücumları genişləndirməkdən çəkinməyə çağırıb.


AFN.az-ın xəbərinə görə, bu barədə məlumatı "Əl-Cəzirə" kanalı yayıb.

Makron İsrailin Qəzzada uzun sürən hərbi kampaniyasını tənqid edərək, yəhudi dövlətinə Livandakı əməliyyatları genişləndirməməklə bağlı xəbərdarlıq edib.

O, mülki əhalinin müdafiəsi və regional gərginliyin qarşısının alınması üçün diplomatiyanın vacibliyini vurğulayıb və Fələstin dövlətinin yaradılmasını istədiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu