Makron: Qəzzada atəşkəsə nail olmağa çalışırıq


Fransa prezidenti Emmanuel Makron Qəzzada atəşkəsə nail olmağa çalışdıqlarını bildirib.


Makron X sosial media platformasındakı paylaşımında İordaniyaya 2 günlük səfəri çərçivəsində İordaniya Kralı II Abdullah ilə görüşdüyünü açıqlayıb.

Fransa və İordaniyanın Qəzzada ən qısa zamanda atəşkəsə nail olmaq və bölgə xalqının ehtiyaclarını ödəmək üçün birlikdə çalışdıqlarını ifadə edən Makron, ölkəsinin indiyədək Qəzzalılara 100 milyon avro yardım etdiyini qeyd edib.

Makron humanitar yardımın bölgəyə çatması üçün İordaniyada Qəzzaya humanitar yardım platformasının yaradılmasını dəstəklədiyini və ölkəsinin artıq bu platformaya töhfə verdiyini bildirib.

Bu çərçivədə İordaniyanın paytaxtı Əmmana bu gün 11 ton humanitar yardım gəldiyini və yaxın günlərdə əlavə yardımın göndəriləcəyini vurğulayan Makron, Fələstin məsələsində iki dövlətli həllin zəruriliyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu