Makron: Avropa öz sərhədlərini daha yaxşı qorumalıdır


Fransa prezidenti Emmanuel Makron deyib ki, Avropa öz sərhədlərini daha yaxşı qorumalıdır.


Makron ziyarət üçün getdiyi Semur-en-Auxois kəndində mətbuata verdiyi açıqlamada son günlər Aralıq dənizində mühacir axınına məruz qalan İtaliyanın Lampeduza adasındakı vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.

Miqrasiya məsələsinin bütün avropalıları əhatə etdiyini və belə vəziyyətlərdə humanitar yanaşmanın lazım olduğunu vurğulayan Makron, insanların həyatları bahasına Aralıq dənizini keçərək Avropa torpaqlarına gəldiyini bildirib.

İtaliyanın yanında olmağın bütün Avropa Birliyinin (AB) vəzifəsi olduğunu qeyd edən Makron, "Avropa sərhədlərini daha yaxşı qorumalıdır" - deyə əlavə edib.

Makron Fransa daxili işlər naziri Gerald Darmaninin İtaliyanın daxili işlər naziri Matteo Piantedosi ilə Lampeduza adasındakı vəziyyəti müzakirə etdiyini, Fransa və İtaliya hökumətlərinin bu mövzuda araşdırma apardıqlarını, qərarlar veriləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu