Makron Fransa prezidentliyindən getməyəcəyini bildirib

Emmanuel Makron Fransa prezidentliyini tərk etməyəcəyini bildirib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Makron belə bir bəyanatla pensiya islahatları fonunda istefaya getməsi ilə bağlı çağırışlara cavab verib.
Ölkənin cənubuna səfəri zamanı o, kifayət qədər demokratik olmamaqda ittiham olunub. Makron bununla razılaşmayaraq qeyd edib ki, ilk prezidentlik dövründə olduğu kimi, indi də demokratdır.