Makron Fransanın Yeni Kaledoniya muxtar bölgəsi üçün konstitusiya dəyişikliyi vəd edir
Fransa prezidenti Emmanuel Makron rəsmi səfərdə olduğu Hind-Sakit Okean bölgəsindəki ölkəsinin muxtar bölgəsi Yeni Kaledoniya üçün 2024-cü ilin əvvəlində Fransa konstitusiyasında konsensus əsasında dəyişikliklər edəcəklərini açıqlayıb.
Bölgənin paytaxtı Numeada açıqlamalar verən Makron 2024-cü ilin əvvəlində bölgəyə yeni status verəcək bəzi konstitusiya tənzimləmələri edəcəklərini bildirib.
Bölgə əhalisinin 44 faizini təşkil edən kanakların boykot etdiyi 2021-ci il müstəqillik referendumunda "yox" səsinə toxunan Makron, Yeni Kaledoniyanın Fransa olaraq qalmağı seçdiyini müdafiə edib.
Fransanın 1853-cü ildə ilhaq etdiyi və 1946-cı ilə qədər müstəmləkə ölkəsi kimi hökm sürdüyü adada müstəmləkə keçmişinin unudulmasının istənilmədiyinə diqqət çəkən Makron müstəqillik tərəfdarlarının danışıqlara qatılmamasından şikayətlənib
Referendumun nəticələrini hər kəsin qəbul etməsi lazım olduğunu vurğulayan prezident Yeni Kaledoniyada dəyişikliyin memarı kimi tanınmaq istədiyini dilə vurğulayıb.
Makronun Yeni Kaledoniya səfərini bu gün başa vuracağı gözlənilir.