Fransaya bağlı Yeni Kaledoniyada İlham Əliyev plakatı açıldı, kanaklar Azərbaycana təşəkkür etdilər


Fransaya bağlı Yeni Kaledoniya muxtar bölgəsində Azərbaycan bayrağı dalğalanıb.


AFN.az xəbər verir ki, müstəqillik istəyinə görə zülmə məruz qalan ada əhalisi Azərbaycan prezidenti İlham Əliyevin plakatını açaraq Fransanın ikiüzlü münasibətini ortaya qoyub.
Sakit Okeanda yerləşən Yeni Kaledoniya 1946-cı ilə qədər Fransanın koloniyası olub. 2003-cü ildə konstitusiya dəyişikliyi nəticəsində Fransaya bağlı muxtar bölgəyə çevrilib. Adanın yerli əhalisi olan Kanakların bəziləri tam müstəqillik istəyirlər, lakin Fransa prezidenti Emmanuel Makron bu fikrə tamamilə qarşıdır.

Makron konsensus əsasında Fransa konstitusiyasını dəyişdirəcəyini vəd edib. Bu vəd 2024-cü ilin əvvəlində yerinə yetirilməli idi. Zaman keçir, amma proses təxirə salınır. Fransa Milli Məclisi adada keçiriləcək əyalət seçkilərini təxirə salmaq qərarına gəlib. May ayında keçirilməsi planlaşdırılan seçki dekabr ayına keçirilib. Bu isə etirazlara səbəb olub.

Paytaxt Noumea şəhərində etiraz aksiyası keçirilib. Fəallar Fransa hökumətinin Yeni Kaledoniyada qeyri-sabitlik yaratmaq istədiyini və sakinlərin fundamental hüquqlarının pozulduğunu bildiriblər. Nümayişçilər Azərbaycanın Yeni Kaledoniyanın müstəqillik mübarizəsinə dəstəyini qeyd ediblər. Etiraz aksiyasında Azərbaycan prezidenti İlham Əliyevin və 2-ci Qarabağ müharibəsinin simvoluna çevrilmiş “Dəmir yumruq” plakatının açılışı olu, Azərbaycan bayrağı dalğalanıb.

Fransa Milli Assambleyasının əyalət seçkilərini təxirə salma qərarının səbəbi adada edilməsi arzulanan konstitusiya dəyişikliyidir. Fransa Daxili İşlər Naziri Gerald Darmanin, son 10 ildir Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşlarının adada keçirilən yerli seçkilərdə səsvermə hüququna malik olması üçün bir müddətdir çalışır. Müstəqillik tərəfdarı olan partiyalar belə bir vəziyyətdə Kanak xalqının öz torpaqlarında “azlıq” vəziyyətinə düşəcəyini qeyd edirlər. Adada 2018, 2020 və 2021-ci illərdə müstəqillik referendumları keçirilib. Ancaq müstəqillik tərəfdarlarının səsləri 50 faizi ötmədiyi üçün qutudan həmişə “yox” üstün çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu