Makron: “Fransa Əlcəzairdən üzr istəməyəcək”


“Fransa Əlcəzairdəki müstəmləkəçilik tarixinə görə üzr istəyərsə, bu heç nəyi düzəltməyəcək”.


AFN.az-ın məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron belə deyib. "Le Point” jurnalına müsahibəsində o, Fransanın müstəmləkəçiliyə görə Əlcəzairdən üzr istəməsi ilə bağlı çağırışlara cavab verib.
“Mən əfv diləməli deyiləm. Məsələ bunda deyil. Bu ifadə (əfv istəmə) bütün münasibətləri pozur. Biz əfv diləyirik və hər kəs öz yolu ilə gedər”-deyə Makron bildirib. O, belə bir nəticəyə gəlməyin ən pis şey olduğunu söyləyib.
Tarix və yaddaş araşdırmalarının, mühasibat hesabatı hazırlamaq kimi olmadığını deyən Makron, bu işlərin yanlış anlaşılan və qərarsız mövzular olduğunu bildirib. O, Fransanın Əlcəzairdəki müstəmləkəçilik tarixinə görə üzr istəməsinin heç nəyi düzəltməyəcəyini müdafiə edib: “Bizi ayıran keçmiş də bizi birləşdirir”. Makron bildirib ki, Əlcəzair və Fransa bir-birinə məhəl qoymadan yollarına davam edə bilməzlər. O qeyd edib ki, tarixçi Benjamin Stora Fransanın Əlcəzairi müstəmləkə etməsi tarixi ilə bağlı hesabat hazırlatdırıb.
2022-ci ilin avqustunda Əlcəzairə səfər etdiyini xatırladan Makron, Oran şəhərində toplaşan izdihamı salamlamaq istədikdə "Yaşasın Əlcəzair” şüarlarına rəğmən, “İnsanlar isti münasibət göstərirdilər, "xoş gəldin" deyirdilər fikrini söyləyib.
Sonra siyasi məqsədlə bir neçə nəfər izdihamın içinə girdi, bir neçə nəfər təhqir etdi" deyib.
Makron bölgə xalqının ondan razı qaldığını, lakin bədxah ifrat sağçıların səfəri manipulyasiya edərək yanlış təqdim etməyə çalışdıqlarını iddia edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu