Fon der Lyayen Qrenlandiyaya səfər edəcək
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Danimarkanın Baş naziri Mette Frederiksen sentyabrın 6-7-də Qrenlandiyaya səfər edəcəklər.
AFN.az xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində yerli rəhbərliyin nümayəndələri, xüsusən də Danimarka muxtariyyətinin Baş naziri Yens-Frederik Nilsen ilə görüşlər planlaşdırılır.
Portalın məlumatına görə, Brüssel 2028-ci ildən etibarən Qrenlandiyanın maliyyələşdirilməsini iki dəfədən çox artıraraq yeddi illik dövr üçün 530 milyon avroya çatdırmaq niyyətindədir.
