Ukrayna Prezidenti: “Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsinin simvoludur”


“Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsini simvollaşdırır”.



“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski G20 sammitindəki onlayn çıxışı zamanı deyib.

O bildirib ki, müharibənin hansı tərəfin qələbəsi ilə bitəcəyi artıq məlumdur.

“Xerson ölkəmizin cənubundakı ən mühüm şəhərlərdən biridir və Rusiyanın fevralın 24-dən sonra ələ keçirə bildiyi yeganə regional mərkəzdir. İndi isə Xerson azad edilib”, - Ukrayna lideri vurğulayıb.

V.Zelenskinin sözlərinə görə, artıq insanlar savaşın hansı nəticə ilə başa çatacağını bilirlər.

Qeyd edək ki, noyabrın 11-də Xerson Rusiya işğalından azad olunub. V.Zelenski noyabrın 14-də Xersona səfər edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu