Ukrayna ordusu Xerson regionunun 46 yaşayış məntəqəsini azad edib
Ukrayna Silahlı Qüvvələri Xerson regionunun 46 yaşayış məntəqəsini azad edib.
APA xəbər verir ki, bu barədə Xerson hərbi administrasiyasının rəhbəri Dmitri Butriy “Interfax-Ukraina”ya açıqlamasında bildirib.
Bununla belə, o, region tam azad edilənədək əhalini təhlükəsiz yerlərə getməyə çağırıb: “Bu gün Xerson regionunda 46 yaşayış məntəqəsi işğaldan azad edilib, onların əksəriyyəti regionun şimalında, Dnepropetrovsk ilə, azı isə cənubda, Nikolayev regionu ilə həmsərhəddir”.
Butriy qeyd edib ki, azad edilən kəndlər praktiki olaraq 90%-dək dağıdılıb və davamlı olaraq top atəşi altındadır, əhalisi isə əsasən oranı tərk edib.