Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində indiyədək 88 yaşayış məntəqəsini azad edib
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində indiyədək 88 yaşayış məntəqəsini işğaldan azad edib.
AFN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirilo Timoşenko bildirib.
“Xersonda 88 yaşayış məntəqəsi işğaldan azad edilib”, - məlumatda deyilir.
O, həmin ərazilərdə 11 827 mülki şəxsin yaşadığını söyləyib: "Onlara lazımi humanitar yardım göstərilir. Həyat təminatı üçün zəruri obyektlər də bərpa olunur. Yollar təmizlənir, mobil rabitə bərpa olunur".