Ukrayna ordusu Luqansknın 12 yaşayış məntəqəsini azad edib
Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin 12 yaşayış məntəqəsini işğaldan azad edib.
AFN UNIAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
Onun sözlərinə görə, hər bir yaşayış məntəqəsi Ukrayna üçün əhəmiyyətlidir: “Ən çətin istiqamətlərdən biri Baxmutdur. Qarşı tərəf davamlı olaraq ora hücum etməyə çalışır”.