“Ukrayna ordusu düşmənin hücumlarını dayandırıb” - Zelenski


“Silahlı Qüvvələrimiz Donbassda mükəmməl işlər görür. Ukrayna hərbçiləri düşmənin hücumlarını dayandırıb, əməliyyat fasiləsi yaranıb”.


Bunu Ukrayna Prezidenti Volodmir Zelenski deyib.

“Xarkov istiqamətində vəziyyət çox çətindir. Qüvvələr şəhəri qorumaq üçün çalışır. Onlar etibarlıdır", - Ukrayna lideri bildirib.

Prezidentin sözlərinə görə, ən problemli vəziyyət cənubdadır.

“Qoşunlarımız Xerson ətrafında şiddətli döyüşlər aparır” Zelenskinin sözlərinə görə, rusiya Ordusu Krımdan Melitopol istiqamətində hərəkət etməyə çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu