Ukrayna Xersona hücuma keçdi
![](https://cdn.axar.az/2018/11/29/ukrainearmy.jpg)
Ukrayna ordusu Xerson vilayətinin Novaya Kamenka – Berislav istiqamətində hücuma keçib.
AFN xəbər verir ki, bunu Xersondakı qondarma qurumun nümayəndəsi Kirill Stremousov deyib.
“Ukrayna ordusu 128-ci dağ-hücum briqadasının iki batalyonu və 17-ci briqadanın tank batalyonunun iştirakı ilə hücuma keçib”, - Stremousov bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu hücumdan əvvəl artilleriya hazırlığı aparıb.