Ukrayna ordusu bu adanı azad etdi


"Xerson vilayətindəki Ukrayna hərbçiləri Böyük Potemkin adasını rus işğalçılarından azad edib. Yanvarın 2-də adada Ukrayna bayrağı qaldırılıb".


AFN.az xəbər verir ki, bu barədə "Feigin Live" "youtube" kanalının efirində Prezident Aparatının müşaviri Aleksey Arestoviç məlumat verib. Onun sözlərinə görə, Ukrayna əsgərləri iki düşmən taboru ilə (400-800 nəfər) mübarizə aparıb. “Xerson vilayəti, Böyük Potemkin adası oradadır, xatırlayırsınızmı, bir neçə həftə əvvəl biz rus qoşunlarının ora köçürülməsi haqqında danışmışdıq. Hardasa iki batalyon var, ona görə də... dünən Ukrayna hərbçiləri ora bayraq asıblar... sual olunur: “İki rus batalyonu ilə nə ediblər?”-deyən Arestoviç sonra bu suala belə cavab verib: “İki rus batalyonu yoxdur -bir hissəsi qaldı, bir hissəsi çəkilib getdi”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu