Rusiya ordusu Baxmutda ciddi itkilər verdi
Donetsk vilayətinin Baxmut rayonunda Ukrayna və Rusiya sialhlı qüvvələri arasında şiddətli döyüşlər gedir. Uqledar yaxınlığında rus qoşunları irəliləmək və daha əhəmiyyətli nəticələr əldə etmək üçün Ukrayna ordusnunun müdafiə xəttini yarmağa çalışıb.
AFN.az xəbər verir ki, bu barədə Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı milli telemarafonun efirində məlumat verib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri rusların hücum potensialını azaldır.
“Baxmut, Avdeyevka və Uqledar istiqamətlərində onlar daima hücumlara can atır. Bizim məqsədimiz düşmənin müdafiənin müdafiəni yarmasının qarşısını almaq, taqətdən salmaq, onu zəiflətmək, hücum potensialını azaltmaqdır”-deyə Çerevatı bildirib.
Çerevatı əlavə edib ki, Soledarın işğalından sonra Rusiya ordusu daha da irəliləməyə hazırlaşır. “Soledarı tərk etdikdən sonra müdafiə qüvvələri əvvəlcədən hazırlanmış mövqelərə çəkilib, müdafiə və məhvetmə sistemi qurub. Baxmut istiqamətində düşmən canlı qüvvə və texnikada böyük itkilər verir. Lakin müdafiəni yarmağa cəhd etməkdə davam edir. “Bu günlərdə onlar 322 hücum həyata keçiriblər, 58 silahlı toqquşma olub. Onlardan 109-u ölüb, 188-i yaralanıb”-Çerevatı belə deyib.
O, həmçinin Rusiya tərəfinin bu istiqamətdə dörd tank, üç piyada döyüş maşını, üç top və üç ədə “Orlan-10” pilotsuz uçan aparatını itirdiklərini söyləyib.
Çerevatının sözlərinə görə, ərazidə şiddətli döyüşlər gedir.
“Düşmən həqiqətən də keçici uğur əldə etməyə çalışır. Lakin müdafiə qüvvələrimizin səyləri sayəsində buna nail olmur və “Telegram” kanallarında öz nailiyyətlərini şişirdir”, - deyə o, bildirib.
M.Vahidli