Rusiya ordusu itki verərək geri çəkildi


Donetsk vilayətinin Baxmut rayonunda rus qoşunları Ukrayna ordusunun dayaq məntəqəsinə hücum etməyə cəhd edib. Lakin ukraynalı sərhədçilər 8 rus əsgərini öldürüb, 13 nəfəri isə yaralayıb.


AFN.az xəbər verir ki, bu barədə “Telegram” sosial şəbəksində Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Rusiya qoşunları Baxmut yaxınlığındakı sərhədçilərin dayaq məntəqəsinə hücum etməyə cəhd edib. Düşmən bu istiqamətə bir neçə dəfə əlavə qüvvə göndərib”, - deyə məlumatda bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin artilleriyası və sərhədçilərin minaatanları hücuma keçən muzdluları darmadağın edib. Atışmada düşmən məğlub olub. Ümumilikdə, səkkiz ölü və 13 yaralı işğalçı sayılıb.
Rusiya ordusunun çoxsaylı itkilərə baxmayaraq, Baxmut və Avdeyevka istiqamətlərində irəliləməyə davam etdiyi bildirilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu