Güclü itki verən ruslar yenidən hücuma keçdi


Ötən sutka ərzində böyük itki verən rus işğalçıları Liman, Baxmut, Avdeyevka və Novopavlovka istiqamətlərində hücum əməliyyatlarını dayandırmayıb.


AFN.az xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.
“Rusiya Federasiyası dövlətimizin kritik infrastrukturunu məhv etmək niyyətindən əl çəkmir, mülki obyektlərə və mülki yaşayış məntəqələrinə zərbələr endirməkdə davam edir. Ötən sutka ərzində düşmən 2-si Donetsk vilayətinin Kramatorsk şəhərinin mülki infrastrukturuna olmaqla 4 raket zərbəsi, həmçinin 5 hava zərbəsi endirib. O, Xerson və Nikolayev vilayətlərində mülki hədəflərə reaktiv yaylım atəşi sistemlərindən 70-dən çox hücum edib. Düşmənin endirdiyi zərbələr nəticəsində dinc sakinlər həlak olub və yaralanıb”, - deyə məlumatda qeyd edilir.
Baş Qərargah xəbərdarlıq edib ki, Rusiyanın Ukrayna ərazisində növbəti hava və raket zərbələri təhlükəsi yüksək olaraq qalır. Ağır itki verən düşmən Limans, Baxmut, Avdeyevka və Novopavlovka istiqamətlərində hücum əməliyyatlarını dayandırmır.
Ötən sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Stelmaxovka, Nevskoye və Beloqorovka, eləcə də Donetsk vilayətinin Verxnekamenskoye, Nikolayevka, Krasnaya Qora, Paraskoveyevka, Baxmut, İvanovskoye və Kurdyumovka yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu