Rus ordusu 17 istiqamətdə geri oturdulub


Ukrayna müdafiəçiləri 24 saat ərzində Luqansk və Donetsk vilayətlərinin 17 yaşayış məntəqəsi regionunda düşmənin hücumlarını dəf edib.


AFN.az xəbər verir ki, bu barədə Ukrayna Silashlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, gün ərzində Rusiya tərəfi Konstantinovka, Kramatorsk və Zaporojye şəhərlərinə 5 raket zərbəsi endirib. Həmçinin, işğalçılar yaylım atəşi sistemlərindən 52 atəş və 18 hava zərbəsi həyata keçiriblər.
“Son 24 saat ərzində Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Stelmaxovka, Makeyevka, Beloqorovka, Donetsk vilayətinin Spornoye, Razdolovka, Sol, Krasnaya Qora, Podqorodnoe, Baxmut, Klesçeyevka, Predtexino, Kurdyumovka, Vodyanoye, Nevelske, Krasnoqorovka, Maryinka və Bolşaya Novoselka yaşayış məntəqələrində işğalçıların hücumlarını dəf edib”-deyə açıqlamada qeyd edilir.
Baş Qərargahdan bildirilib ki,Volınsk, Polesski, Severski və Slobojanski istiqamətlərində hücum edən düşmən qruplaşmalarının cəmləşməsi əlamətləri aşkar edilməyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu