Ukrayna Rusiya ordusunun 18 hücumunu dəf edib


Son sutka ərzində Ukrayna əsgərləri Donbasın Baxmut, Avdeyevka, Maryinka və digər 16 yaşayış məntəqəsində düşmənin hücumlarını dəf edib.


AFN.az-ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda belə deyilir.
"Ötən sutka ətzində Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Stelmaovka, Biloqorovka, Vyimka, Fyedorovka, Baxmut, Krasna Qora, Paraskoveyevka, İvanovskoye, Çasiv Yar, Novokalınye, Vokaleye yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib.
Bu arada, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası Rusiya ordusunun şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 21, zenit-raket komplekslərinin mövqelərinə isə üç zərbə endirdiyi bildirilir. Ukrayna ordusu toplardan və yaylım atəşi sistemlərindən düşmənin iki idarəetmə məntəqəsini, canlı qüvvənin cəmləşdiyi üç ərazini, zenit-raket komplekslərinin üç mövqeyini, iki döyüş sursatı anbarını və bir yanacaq-sürtkü materialı anbarını vurub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu