Ukraynada aviasiya və raket döyüşləri gedir
"Ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələri Donbassda 13 yaşayış məntəqəsi yaxınlığında düşmənin hücumunu dəf edib, Ukrayna aviasiyası isə düşmənin cəmləşdiyi ərazilərə və onun zenit-raket komplekslərinə 18 zərbə endirib".
AFN.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" səhifəsində yaydığı məlumatda belə deyilir.
"Rus işğalçıları Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü davam etdirir. Düşmən Donetsk vilayətinin inzibati sərhədinə çatmaq planlarından əl çəkmir.Əsas səylər hücum potensialının qorunub saxlanmasına və itkilərin səfərbər olunanların hesabına ödənilməsinə yönəldilib”-deyə məlumatda qeyd edilir.
Baş Qərargahdan bildirib ki, rəhbərliyə və əhaliyə təzyiq göstərmək üçün düşmən havadan və raketdən zərbələr endirməklə yanaşı, Ukrayna ərazisində mühüm infrastruktur obyektlərini və mülki yaşayış məntəqələrini atəşə tutur. Ukrayna buna görə Rusiyanı beynəlxalq humanitar hüquq normalarını və müharibə qanunlarını pozmaqda ittiham edib.
"Ötən sutka ərzində düşmən 6 raket və 52 hava zərbəsi endirib, yaylım atəşi sistemlərindən 77 hücum həyata keçirib. Ümumilikdə, düşmən mülki infrastruktura bütün 6 raket və 30 hava zərbəsi endirib. Bundan başqa, düşmənin istifadə etdiyi 27 ədəd “Şahed-136” PUA-nın hamısı Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulub.
Ötən sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri Stelmaxivka, Makeevka, Ploşçanka, Beloqorovka, Luqansk vilayəti, Razdolevka, Soledar, Krasnaya Qora, Podqorodnoye, Baxmut, Klişçiyevka, Kurdyumovka, Avdeyevka, Maryinka, Donetsk vilayətindəki yaşayış məntəqələrinin ərazilərində işğalçıların hücumlarını dəf edib"-məlumatda belə deyilir.
M.Vahidli