Rusiyanın mövqelərinə zərbə endirilib


Son sutka ərzində Rusiyanın 6 silah-sursat anbarı məhv edilib.


AFN.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının fevralın 15-də səhər saatlarında yaydığı məlumatda belə deyilir. Qeyd edilir ki, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8 zərbə endirib.
"Bizim reaktiv yaylım atəşi sistemləri və artilleriyamız düşmənin idarəetmə məntəqəsini, canlı qüvvəsinin cəmləşdiyi 2 ərazini, 6 döyüş sursatı anbarını və düşmənin 2 radioelektron döyüş stansiyasını vurub", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu