Rusiya ordusu geri çəkilir - ŞOK


“Rus qoşunları Baxmuta hücumların intensivliyini azaldıblar”.


Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Ekspertlərin rəyinə görə, bu səbəbdən Rusiya ordusu taktiki və ya əməliyyat planında fasiləyə ehtiyac duyur. Rusiyayönlü blogerlər belə sosial platforma hesablarında Ukrayna ordusunun “Vaqner” özəl hərbi şirkətinin muzdlularını əvvəlki mövqelərinə geri çəkilməyə məcbur etdiyini yazıblar.

Luqansk vilayətinin qubernatoru Sergey Qayday Rusiya ordusunun və “Vaqner”in Baxmut yaxınlığında minlərlə itki verdiyini bildirib.

Amerikalı hərbi ekspertlərin fikrincə, “Vaqner”çilərin ağır itkilərə məruz qalması Rusiya ordusunun Baxmut bölgəsindəki döyüş effektivliyinə ciddi təsir göstərir. Hesabatda deyilir ki, Rusiya ordusunun şəxsi heyəti və döyüş sursatının olmaması, çox güman ki, yaxın gələcəkdə onun regionda geniş hücum əməliyyatları keçirməsinə mane olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu