"Vaqner" Belarus əsgərlərinə təlimə başlayıb
Belarus Müdafiə Nazirliyi “Vaqner” muzdlu dəstəsinin Belarus əsgərlərinə təlim keçməyə başladığını açıqlayıb.
Nazirlikdən verilən açıqlamada Belarusun regional hərbi hissələrinin Osipoviç yaxınlığında təlim keçdiyi bildirilib.
"Vaqner döyüşçüləri bir sıra hərbi fənlər üzrə təlim keçiblər", - məlumatda deyilir.
Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin iyun ayında döyüşçü yoldaşları ilə birlikdə Rusiya administrasiyasına qarşı silahlı üsyana başlayıb. Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.
Priqojin Belarusa getdikdən sonra "Vaqner"n ölkədə məskunlaşmasını təklif edən Lukaşenko Belarus ordusunun bu döyüşçülərin təcrübəsindən yararlana biləcəyini qeyd edib.