Ukraynada mülki yaşayış məntəqəsinə hücum olub: 16 nəfər ölüb


Ukraynanın Donetsk vilayətində Kostiantynivkada mülki yaşayış məntəqəsinə hücum edilib.


Ukrayna prezidenti Vladimir Zelenski bombanın düşdüyü anın görüntülərini yayımlayıb.

O, sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun Donetsk vilayətinin Konstantinivka şəhərinə artilleriya ilə hücum etdiyini bildirib.

Zelenski deyib ki, rus qoşunları şəhərdə bazar, mağaza və apteklərin olduğu ərazini vurub: “Bu gün Rusiya Silahlı Qüvvələrinin artilleriyası Donetsk vilayətinin Konstantinovka şəhərində 16 nəfəri öldürüb. Yaralılar çoxdur. Təəssüf ki, ölən və yaralıların sayı arta bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu