Rusiya Soledar şəhərini işğal etdi


Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Soledar şəhərini tərk edərək, əvvəlcədən hazırlanmış xətlərdə möhkəmləniblər.

AFN.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib.
O, belə bir qərarın Ukrayna hərbçilərinin həyatını xilas etmək üçün verildiyini izah edib.
“Şəxsi heyətin həyatını xilas etmək üçün Müdafiə Qüvvələri Soledardan geri çəkilərək hazırlanmış müdafiə xəttində möhkəmləndilər. Soledarın müdafiəçiləri düşmənin 3-5 qat üstünlüyünə baxmayaraq, öz mövqelərini möhkəm saxlayıblar”-deyə Çrevatı bildirib.
Çerevatinin sözlərinə görə, Ukrayna hərbçiləri düşmənə böyük itkilər verib ki, bu, iki çeçen müharibəsində təcavüzkarın itkiləri ilə müqayisə oluna bilər.
O qeyd edib ki, ukraynalı müdafiəçilər tapşırığı yerinə yetiriblər: “Onlar düşmənə cəbhənin Donetsk istiqamətində yarıb arxaya daxil olmasına, sonra isə əməliyyat məkanına keçməyə imkan vermədilər”.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə Rusiya qüvvələrini tükədib.
“Cəbhə xətti tən bölünüb: nə mühasirəyə alındıq, nə də əsir düşənimiz oldu. Bu müharibədir. Hər bir komandir öz qoşunları üçün maksimum fayda əsasında qərarlar qəbul edir... Düşməni mümkün qədər tükəndirmək üçün manevr etməyə, atəşlə vurmağa, kiçik qrup taktikalarından istifadə etməyə çalışırıq”-deyə Ukrayna SQ-nin nümayəndəsi bildirib.
Çrevatının sözlərinə görə, Rusiya əvvəllər Kiyev vilayətində, Xarkov əməliyyatı zamanı Liman və Xersonda əhəmiyyətli məğlubiyyətlərə uğraması fonunda diqqəti kiçik Soledar şəhərinə yönəltmək istəyir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu