Rusiya hərbçiləri kütləvi məhv edildi
Ukrayna ordusu Soledar rayonunda eyni anda 100-dən çox rus işğalçısını məhv etdilər.
AFN.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb.
“Bu, Xüsusi Əməliyyat Qüvvələrinin əsgərlərinin, artilleriyaçıların və raketçilərin yaxşı əlaqələndirilmiş işi sayəsində baş verib. Düşmənin bir neçə rayonda toplanması Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin əməliyyatçıları tərəfindən aşkar edilib. Düşməni darmadağın etmək üçün artilleriya göndərilib, obyektlərin birində “Toçka-U” taktiki raket kompleksindən də istifadə edilib”, - deyə məlumatda bildirilir.
Nəticədə, 100-dən çox Rusiya hərbçisinin, iki pulemyot və iki minaatan heyətinin məhv edilməsi təsdiqlənib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, düşmən öz səylərini Baxmut istiqamətində hücum əməliyyatlarına cəmləşdirir. Soledar uğrunda döyüşlər davam edir.
M.Vahidli